Dekabrın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qalina Vişnevskayanın Opera Mərkəzi solistlərinin iştirakı ilə J.Bizenin «Karmen» operasının tamaşası təqdim olunacaq. IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı çərçivəsində təqdim olunacaq tamaşada tanınmış rusiyalı vokalçılar, beynəlxalq müsabiqələrin qalibləri Alina Şakirova (Karmen), Oleq Dolqov (Xose), Anastasiya Privoznovaya (Mikaella) ilə yanaşı, həmçinin Rusiya Dövlət Akademik Böyük Teatrının solisti-həmyerlimiz Elçin Əzizov da (Eskamilio) çıxış edəcək. Tamaşanı tanınmış rusiyalı dirijor Yaroslav Tkalenko idarə edəcək. Quruluşçu rejissor İvan Popovskidir.