Dekabrın 16-da Türkiyənin Bursa vilayətindəki Fəthiyyə Mədəniyyət Mərkəzində Türkiyənin ikinci prezidenti İsmət İnönünün xatirəsinə həsr olunmuş konsert keçiriləcək.
Həmin vilayətin dövlət simfonik orkestrinin konsertini Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov idarə edəcək. Konsertdə K.M. von Veberin “Evrianta” uvertürası və D. Şostakoviçin “Doqquncu simfoniya”sından nümunələr səsləndiriləcək.