Moskvada yaşayan azərbaycanlı iş adamı, bəstəkar və müğənni Emin Ağalarov Bakıda konsert proqramı ilə çıxış edəcək. E.Ağalarovun rəsmi saytında yer alan məlumata görə, konsert dekabrın 25-də Heydər Əliyev Sarayında keçiriləcək.
   Emin Ağalarov Bakıdakı konsertində yeni albomuna daxil etdiyi mahnıları ifa edəcək. Bu, Emin Ağalarovun 2010-cu ildə Bakıda təqdim etdiyi ikinci konsert proqramı olacaq.