![](/img/news/700x420/4910.jpg)
Fidan və Xuraman Qasımova bacıları Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəklər. Sarayın mətbuat xidmətindən verilən məlumata görə, artıq konsertin günü təyin olunub. Fidan və Xuraman Qasımovalar martın 4-də sarayı səhnəsinə - tamaşaçıların qarşısına çıxacaqlar. Azərbaycan vokal sənətinin görkəmli nümayəndələri həmin gün üçün xüsusi proqram hazırlayıblar.