Bu il Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, pianoçu Murad Hüseynov dünyanın müxtəlif ölkələrində bir sıra konsert proqramları ilə çıxış edəcək.
   Musiqiçi əsasən Qərbi və Şərqi Avropa ölkələrində, həmçinin Rusiyada çıxış etmək niyyətindədir. O, həmçinin ötən il reallaşdıra bilmədiyi bir neçə konsert proqramını da cari ildə həyata keçirmək fikrindədir.