İlkin finalda beş iddiaçıdan üçü seçiləcək
   
   Bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin finalında üç ifaçı mübarizə aparacaq. Yanvarın 28-də final konsertində təmsilçilik adı uğrunda yarışacaq üç ifaçının adı bilinəcək. Finalçılar İctimai Teleradionun “Eurovision Azərbaycan” verilişində canlı yayımda məlum olacaq.
   Finalçılar İlhamə Qasımova, Aynişan Quliyeva, Eldar Qasımov, İlqarə İbrahimova və Nigar Camal arasından seçiləcək.