Yeni estrada-simfonik orkestrinin tamaşaçılarla ilk görüşü
   
   Dövlət Musiqili Komediya Teatrının gənc vokalçı aktyoru Ramil Qasımov “Biz Bakıdanıq” adlı yeni estrada-simfonik orkestri yaradıb. Teatrdan bildiriblər ki, yeni orkestrin tamaşaçılarla ilk görüşü İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Yeni gün” səhər proqramında olub. Özünəməxsus reytinqə, xüsusi tamaşaçı auditoriyasına malik “Yeni gün” proqramı qardaş Türkiyənin TRT Avaz kanalı ilə yaratdığı telekörpü vasitəsilə gənc aktyoru və onun yeni kollektivini dünyanın bir çox ölkələrində yaşayan türkdilli xalqlarla görüşdürüb.
   Televiziya tamaşaçıları tərəfindən rəğbətlə qarşılanan orkestrin rəhbəri Ramil Qasımov Azərbaycan musiqisini Vətənimizin hüdudlarından kənarda layiqincə təmsil edəcəyini deyib. O, həmçinin rəhbərlik etdiyi orkestrin üzvlərinin retro mahnıların yeni modern üslubda ifa olunub dinləyicilərə çatdırılması məqsədi ilə böyük səylə çalışdıqlarını vurğulayıb.
   R.Qasımov telekörpüdə böyük sənətkarlarımız Bülbülün və Rəşid Behbudovun repertuarlarından mahnılar ifa edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar