Azərbaycanı “Eurovision-2011” mahnı müsabiqəsində təmsil etmək hüququ qazanan Nigar Camal və Eldar Qasımov Ukraynaya gediblər. Öncəki illərdə olduğu kimi, bu il də təmsilçilərimiz müsabiqə öncəsi Ukraynada hazırlıq prosesi keçəcəklər.
Azərbaycan təmsilçilərini Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” səhnəsində çıxışa Ukraynanın “Luxen” şirkəti hazırlayacaq. Nigar və Eldar müsabiqənin keçiriləcəyi tarixədək xüsusi vokal, rəqs, performans dərsləri alacaq və bu mötəbər müsabiqəyə hərtərəfli hazırlaşacaqlar. Hazırlıq dövründə onların ifa edəcəyi mahnı da müəyyənləşəcək. Daha sonra həmin mahnıya uyğun geyim və rəqs nömrəsi hazırlanacaq.
Qeyd edək ki, öncəki illərdə Azərbaycanı “Eurovision”da təmsil etmiş Elnur Hüseynov və Samir Cavadzadə, Aysel Teymurzadə və Araş, eyni zamanda Səfurə Əlizadəni də müsabiqəyə “Luxen” şirkəti hazırlayıb.