İranda keçirilən 26-cı Beynəlxalq “Fəcr” musiqi festivalının iştirakçısı olan Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Zəncan şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edib.
   Konsert dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqisi - Azərbaycanın Dövlət himni ilə başlayıb. Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə ifa olunan bəzi əsərlər kamança, tar, balaban və kanon ifaçıları tərəfindən məharətlə müşayiət edilib.
   Əməkdar mədəniyyət işçisi Nurlan Əzizbəyli və Əməkdar artist Anar Şuşalının birlikdə ifa etdikləri “Azərbaycan” mahnısı zəncanlı musiqisevərlər tərəfindən ayaqüstə hərarətli alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar