Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında (Kapelhaus) «Baku-Brass» nəfəsli kvintetinin fərqli tərkibdə konserti keçirilib. Bir çox maraqlı layihələrlə yadda qalan «Baku-Brass» bu konsertdə ansambl tərkibinə zərb alətləri ifaçısı Ucal Məmmədxan və vokalçı, beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova (soprano) ilə çıxış edib. Konsertdə J.Offenbax, G.Miller, J.Gale, R.Strauss kimi müxtəlif dövrlərin tanınmış bəstəkarlarının əsərləri ifa olunub.
   «Baku-Brass» kvinteti Azərbaycanda nadir təsadüf olunan nəfəsli alətlər tərkibi əsasında qurularaq 2009-cu ildən fəaliyyət göstərir. Kvintetə 2 truba (Sirus Məmmədov, Rövşən Quliyev), valtorna (Andrey Sabayev), trambon (Kamal Tapdıqov), tuba (Əli Hacıyev) daxildir. Qrupda fəaliyyət göstərən bütün ifaçılar Dövlət Filarmoniyası Simfonik Orkestrinin solistləridir.
   
   Gülər







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar