Vaşinqtonda fəaliyyət göstərən Qarabağ Fondunun maliyyə dəstəyi ilə Simson Qalereya Mərkəzində “Qafqaz bəstəkarları” ansamblının konserti olub.
   Qarabağ Fondunun direktoru Diana Altman bildirib ki, konsertin məqsədi insanlar arasında körpü yaratmaq, Qafqaz xalqlarının sülh şəraitində yaşamalarına töhfə vermək, Azərbaycanın və Qafqazın mədəni paytaxtı olan Qarabağı dünyaya tanıtmaqdır.
   Konsertdə amerikalı simfonik musiqi həvəskarları regionun musiqisini dinləyib, Azərbaycan, eləcə də Qafqaz mədəniyyətlərini daha ətraflı öyrənməyə imkan qazanıblar. Konsertdə Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “İtirilən vaxtın axtarışında” əsəri və Oleq Felzerin əsərləri ifa olunub.
   Qeyd edək ki, Nyu-Yorkda fəaliyyət göstərən “Qafqaz bəstəkarları” ansamblı Azərbaycan, Gürcüstan və digər Qafqaz bəstəkarlarının əsərlərini ifa edir.
   Bu ay Qarabağ Fondunun maliyyə dəstəyi ilə daha iki konsertin təşkili nəzərdə tutulub. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar