Bu ilin mayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Eldar Qasımov və Nigar Camalın ifa edəcəyi mahnı açıqlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və internet şöbəsindən verilən məlumata görə, Azərbaycan ifaçıları “Eurovision-2011” müsabiqəsində “Running Scared” (“Qorxulu hərəkət”) mahnısı ilə çıxış edəcəklər. Münsiflər heyəti bu balladanı 70 mahnı arasından seçib. Mahnının müəllifləri isveçli Stefan Örn, Sandra Bjurman və Iain Farquharsondur.
   Martın 14-də İctimai Televiziyanın efirində “Running Scared” mahnısının ilk video çarxı təqdim olunub. Mahnıya çəkilən videoklipin təqdimatı isə aprel ayına nəzərdə tutulur. Qeyd edək ki, Düsseldorf səhnəsinə Ell/Nikki adı ilə çıxacaq Eldar Qasımov və Nigar Camal dueti “Running Scared” mahnısını mayın 10-da, müsabiqənin birinci yarımfinal mərhələsində ifa edəcək.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar