Dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyində “Gənclərin töhfəsi” İctimai Birliyi ilə Şirvan şəhər uşaq musiqi məktəbi kollektivinin «Üzeyir varisləri» adlı birgə tədbiri keçirildi. 
   Əvvəlcə qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış oldular. Musiqi məktəbinin direktoru Mübariz Dadaşov gətirdikləri simvolik hədiyyələri muzeyə təqdim etdi.
   Sonra Ü.Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olundu. Şagirdlər əvvəlcə Azərbaycanın himnini ifa etdilər. İlk musiqi nömrəsi «Arşın mal alan» operettasından «Qızların xoru» oldu. Sonra iştirakçılar həmin «Koroğlu» operasından «Qızların rəqsi»ni dinlədilər. Məktəbin şagirdi Məhəmməd Mövlayev dahi bəstəkarın vətənpərvərlik mövzusunda bəstələdiyi «Yaxşı yol» mahnısını səsləndirdi. «Leyli və Məcnun” operasından «Şəbi-hicran», «Şah Abbas və Xurşidbanu» operasından Xurşidbanunun ariyası, «Sevgili sanan» romansı, «Arazbarı» və digər musiqi nömrələri alqışlarla qarşılandı.
   Çıxışlardan sonra «Gənclərin töhfəsi» İctimai Birliyinin sədri Asim Vəliyev «Üzeyir varisləri» adlı tədbirdə iştirak etdikləri üçün kiçik musiqiçilərə və muzey kollektivinə fəxri fərmanlar təqdim etdi. Tədbirdən sonra iştirakçılar dahi bəstəkarın 125 illik yubileyi münasibətilə çəkilmiş «Əbədi iftixarımız» adlı sənədli filmə tamaşa etdilər.
   
   Gülnarə Ələsgərova,
   Üzeyir Hacıbəylinin ev-muzeyinin şöbə müdiri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar