Aprelin 2-3-də gənc azərbaycanlı dirijor, A.Toskanini adına dirijorların IX beynəlxalq müsabiqəsinin “Qran-pri” mükafatçısı Əyyub Quliyev Rusiyanın Akademik Dövlət Simfonik Orkestri ilə çıxış edəcək. Dirijor bildirib ki, Mineralnıye Vodı Federal Dövlət Filarmoniyasının F.Şalyapin və A.Skryabin adına zallarında keçiriləcək konsertlərin proqramına dünya şöhrətli fransız bəstəkarları Şarl Kamil Sen-Sansın və Jorj Bizenin əsərləri daxildir. Layihənin təşkilatçıları Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və N.Safonov adına Akademik Dövlət Filarmoniyasıdır. Bu layihə “Fransız simfonik teatrı” silsiləsi çərçivəsində keçirilir və ilk dəfə olaraq Yessentuki, Kislovodsk və Simferopol şəhərlərində Ş.K.Sen-Sansın fortepiano üçün 5-ci “Misir” konserti və “Afrika” Fantaziyasının ifası nəzərdə tutulur. Fortepiano partiyasını məşhur rusiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Dmitri Kaprin ifa edəcək. Konsert proqramının ikinci hissəsində isə J.Bizenin “Arlezian qızı” dramasından və “Karmen” operasından məşhur süitlər səslənəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar