Opera və Balet Teatrında hip-hop müzikl
   
   Aprelin 3-də Dövlət Opera və Balet Teatrında Milli Kitab mükafatçısı, “H.O.S.T” qrupunun solisti Qaraqanın (Elxan Zeynallı) rejissorluğu ilə Azərbaycanda ilk dəfə səhnələşdirilən hip-hop müzikl təqdim olunacaq. Dövlət Pantomim Teatrının truppası tərəfindən oynanılacaq tamaşada canlı akustik piano, vokal, xor da səslənəcək.
   Konsertdə Qaraqanın ilk yaradıcılıq əsərlərindən tutmuş, həmin gün onun yeni işıq üzü görəcək “İşıq” albomundan parçalar ifa olunacaq. Eyni zamanda Şopen, Bethoven və digər klassiklərin notları üzərinə “YYS” (Yozumsuz Yuxuların Sabahı) kitabının müəlliflərinin fəlsəfi şeirləri, psixoloji dialoqları səslənəcək.
   “Mənim qaranlığım” konsert proqramı insanın daxili aləminə, onun içindəki suallara və tənhalığa yönələn, şeirin, sözün təsir gücünün, musiqinin dramatikliyini aşılayan tamaşa olacaq.    

   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar