Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə uşaq xor kollektivlərinin VII Respublika müsabiqəsinə start verilib. Müsabiqə Bakı şəhəri və zonalar üzrə aprelin 1-dən 30-dək davam edəcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, hazırda Sumqayıt şəhərində ilk zona mərhələsi davam edir. Zona mərhələləri ardıcıl olaraq Lənkəran, Şirvan, Ağcabədi, Mingəçevir, Şəki, Gəncə, Bakı və Naxçıvan şəhərində keçiriləcək. Müsabiqədə Azərbaycanın bütün bölgələrindən uşaq xor kollektivləri qatılacaq. Yekun mərhələdə Bakı şəhərində qaliblərin konsertinin təşkili nəzərdə tutulur. Fərqlənən xor kollektivləri, xormeyster və konsertmeysterlər diplom, fəxri fərman və pul mükafatları ilə təltif olunacaqlar.
   Qeyd edək ki, müsabiqənin təşkili xor musiqisi mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədris səviyyəsinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından bu sənətə maraq oyadılması, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi və həvəsləndirilməsi məqsədi daşıyır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar