Tanınmış müğənni, Əməkdar artist Sevda Ələkbərzadə Yaponiyada keçiriləcək beynəlxalq xeyriyyə aksiyasında iştirak edəcək. “Silk Road" Yaponiyaya dəstək kampaniyası tərəfindən azərbaycanlı müğənniyə Yaponiyadakı zəlzələ qurbanları üçün təşkil edilən aksiyada iştirak etmək təklif olunub.
   Xeyriyyə aksiyasında Stinq, Beyons, Kristina Aqilera, Şade və s. dünya musiqi ulduzları yer alacaq. Sevda Ələkbərzadə konsert proqramında “Sevdalı dünya" və “Şəbi hicran" albomlarında yer alan mahnılarını təqdim edəcək. Aksiyada iştirak edəcək musiqiçilərin yaradıcılığında yer alan ən yaxşı əsərlərdən albom hazırlanaraq satışa çıxarılacaq. Əldə olunan gəlir təbii fəlakət qurbanlarına verilmək üçün “Yaponiya Platforması” (Japan Platform) şirkətinə köçürüləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar