Almaniyada nəşr olunan “Saarbrücker Zeitung” qəzetində “Köhnə ratuşada dünya səviyyəli premyeralar və “Bravo” sədaları” sərlövhəli məqalə dərc edilib. 
   Məqalədə azərbaycanlı vokalçı, metso-soprano Liliana Seyid-Bussonvillin və onu piano və orqanda müşayiət edən gürcüstanlı ifaçı Marina Kavtaradzenin solo konsertindən bəhs edilir. Sənətçilərin hər ikisi son iki ildə Almaniyada yaşayır.
   Konsert Felklingen şəhərindəki Köhnə ratuşanın modern üslubda tərtib edilmiş təntənəli zalında təşkil olunub. Məqalədə qeyd edilir ki, iki solistin - müğənni və pianoçunun eyni dərəcədə yüksək səviyyəli dueti dünyada ən yaxşı duetlərdəndir. Liliana Seyid-Bussonvillin ifası öz romantikliyi, dinləyicini ruhlandıran melodik, mülayim tembri ilə diqqəti cəlb edir. Pianoçu Kavtaradzenin ifasında Bramsın və gürcü bəstəkarı Revaz Laqidzenin əsərlərinin interpretasiyası öz lirikliyi və virtuozluğu ilə seçilir. Tamaşaçılar bu ifaçıların hər ikisinin virtuoz çıxışını səmimi alqışlarla qarşılayıblar.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar