Aprelin 16-da Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında (“Kapellhaus“) Niyazi adına 22 saylı uşaq musiqi məktəbinin şagirdlərinin konserti keçirilib. Məktəbin direktoru Natiq Vəliyevin verdiyi məlumata görə, konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Tədbirdə 15 ixtisas üzrə müxtəlif yaşlarda ifaçıların solo və xor ifaları maraqla qarşılanıb. Direktor bildirib ki, məktəbin kollektivi yaxın vaxtlarda “Sazın neməti” adlı konsert proqramını təqdim etməyi planlaşdırır. Konsert aprelin sonunda Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar