Beynəlxalq müsabiqələr laureatı, Azərbaycanın Əməkdar artisti Fidan Hacıyeva vokal sənətinin vətəni İtaliyada ilk dəfə çıxış edəcək. F.Hacıyeva bildirib ki, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş bu konsert mayın 9-da Romanın ən böyük konsert salonlarından birində olacaq: “İtaliya səhnəsində çıxış etmək hər bir opera sənətçisinin arzusudur. Mən də bu baxımdan istisna deyiləm, lakin bunun belə tezliklə baş verəcəyini heç güman etmirdim. Buna görə də İtaliya səhnəsində ilk çıxışa çox ciddi hazırlaşıram. Konsertin proqramı çox zəngindir. Buraya Azərbaycan romansları, operalardan ariyalar, eləcə də populyar italyan və fransız ariyaları daxildir”.
   Müğənninin sözlərinə görə, konsert Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun təşəbbüsü ilə təşkil edilib. Konsertə İtaliyanın tanınmış musiqiçiləri, impressariolar və digər mütəxəssislər dəvət edilib. Romada təşkil ediləcək solo konsertdə Azərbaycan bəstəkarlarının əsərlərinin konsertmeysteri Zülfiyyə Sadıqova, italyan və fransız bəstəkarlarının əsərlərinin konsertmeysteri isə italiyalı mütəxəssis olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar