Son vaxtlar Azərbaycan xalqının tarix və mədəniyyətinin dünyaya layiqincə təqdim olunmasında respublikamızın ayrı-ayrı bölgələri də fəallıq göstərir. 
      
   Vaxtilə Azərbaycana pənah gətirmiş almanlar tərəfindən əsası qoyulan Helenendorf - indiki Göygöl şəhəri buna gözəl nümunədir. Azərbaycan-alman tarixi dostluğunu özündə yaşadan Göygöl şəhəri iki xalq arasında mədəni əlaqələrdə körpü rolunu oynayır. Göygöl rayonundan seçilmiş millət vəkili Rövşən Rzayevin təşəbbüsü ilə Göygöl-Helenendorfun yaranma tarixi hər ilin avqustunda «Şəhər günü» tədbirləri ilə qeyd edilir. 2009-cu ilin avqustunda Göygöl-Helenendorfun yaranmasının 190 illiyi münasibətilə “Şəhər günü” tədbirləri xüsusilə geniş qeyd olunmuşdu. Yubiley şənliklərinə Almaniyanın Baden-Vürtemberq federal torpağının baş naziri Günter Oettingerin başçılığı ilə nümayəndə heyəti gəlmişdi. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də iştirak etdiyi tədbirlərin yaddaqalan məqamlarından biri Göygöldəki alman kirxasında rayonun simli alətlərdən ibarət simfonik orkestrinin və məktəblilərin xor kollektivinin çıxışları olmuşdu. Konsert qonaqlarda böyük təəssürat doğurmuş, G.Oettinger musiqi kollektivlərini Almaniyada görmək arzusunu bildirmişdi.
   Aprelin 24-də Göygöl rayon 7 illik musiqi məktəbinin 21 nəfərlik uşaq xor kollektivi Almaniyaya gedib. Nümayəndə heyətinin rəhbəri, rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova bildirib ki, səfər proqramına uşaq xorunun Ştutqart və digər şəhərlərdə çıxışları daxildir.
   Səfər Almaniya dövlətinin maliyyə dəstəyi, Azərbaycanın Almaniyadakı və Almaniyanın Azərbaycandakı səfirliklərinin təşkilatçılığı və tanınmış qafqazşünas alim, Berlindəki Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Yeva Mariya Auxun köməyi ilə reallaşıb. Səfərin nəqliyyat xərcini AZAL şirkəti üzərinə götürüb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar