Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən uşaq xor kollektivlərinin VII Respublika müsabiqəsi başa çatıb. 
   Nazirliyin Elm və təhsil şöbəsindən verilən məlumata görə, müsabiqəyə Azərbaycanın bütün bölgələrindən uşaq xor kollektivləri qatılıb. Zonalar üzrə Bakı, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan şəhərlərində və Ağcabədi rayonunda keçirilmiş müsabiqədə respublikanın şəhər və rayonlarından 200-dən çox xor kollektivi, 10 mindən artıq şagird iştirak edib.
   Xor musiqisi mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində xor fənninin tədris səviyyəsinin yüksəldilməsi, xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsi və həvəsləndirilməsi məqsədilə keçirilən müsabiqənin yekununda münsiflər heyətinin qərarına əsasən, Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli Uşaq Musiqi Məktəbi və həmin məktəbin xormeysteri Tatyana Nikolayevna Qran Pri mükafatı ilə təltif olunublar. Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimi Məhin Orucova, Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin müəllimi Zemfira Nurullayeva I mükafata, Bakı şəhər C.Hacıyev adına 3 nömrəli Uşaq Musiqi Məktəbi və Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbi I dərəcəli diploma layiq görülüblər.
   Bundan əlavə, 7 xormeyster II və III dərəcəli mükafat, 7 məktəb II və III dərəcəli diplom alıb. 20 xormeyster və 10 konsertmeyster fəxri fərmana, müsabiqədə uğurla çıxış etmiş 6 xor kollektivinin rəhbəri isə həvəsləndirici mükafata layiq görülüblər.
   
   Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar