Mayın 7-də maestro Niyazinin ev-muzeyində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin «Klassik Musiqisevənlər Klubu»nun yaradılmasının üç illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri ilk sözlə muzeyin direktoru, sənətşünaslıq namizədi, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq klubun yaranması, fəaliyyəti barədə məlumat verib. A.Bayramova həmçinin ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı naminə tarixi xidmətlərindən də söz açıb: «Bu günlər xalqımız ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü qeyd edir. Onun mədəniyyətimizə diqqət və qayğısı əvəzsiz olub. 1994-cü il sentyabrın 18-də Niyazinin mənzil-muzeyinin açılışında ulu öndərin şəxsən iştirakı bunun bariz nümunəsidir».
   Sonra böyük öndər Heydər Əliyevin Niyazinin mənzil-muzeyinin açılışda iştirakını əks etdirən kadrlar, «Klassik Musiqisevənlər Klubu»nun üç illik fəaliyyətini əks etdirən slayd-şou nümayiş etdirilib. Tədbirdə həmçinin muzeyin foyesində klubun 3 illik fəaliyyətini əks etdirən foto-sərgi də də nümayiş olunub.
   Tədbir görkəmli rus bəstəkarı P.İ.Çaykovskinin anadan olduğu günə təsadüf etdiyindən bəstəkarın yaradıcılığına həsr olunmuş geniş konsert proqramı təqdim olunub. Konsertdə Bakı Musiqi Akademiyasının tələbələrinin, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının solisti Nərgiz Kərimovanın, Bülbül adına orta ixtisas, şəhər 21 və 15 nömrəli musiqi məktəblərinin şagirdlərinin ifaları dinlənilib. Musiqişünas, Bakı Musiqi Akademiyasının dosenti Səadət Səfərova isə bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı danışıb. P.Paykovskiyə həsr olunmuş fotoşəkillərdən ibarət slayd-şou da nümayiş olunub. 

   Gülər







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar