Ümummilli lider Heydər Əliyevin parlaq şəxsiyyəti və böyük həyat yolu bir çox sənət əsərlərində - şeir və nəğmələrdə, musiqi lövhələrində, rəssamlıq nümunələrində əks olunub. Ulu öndərin anadan olmasının 88-ci ildönümünə töhfə kimi həmin əsərlərin sırasına daha bir dəyərli musiqi incisi əlavə edilib. Tanınmış bəstəkar Oqtay Rəcəbov sözlərini Rafael Hüseynovun yazdığı 6 hissədən ibarət oratoriya bəstələyib.
Oratoriya Azərbaycan bəstəkarlığında az işlənmiş musiqi formalarındandır. Qara Qarayev, Cövdət Hacıyev, Cahangir Cahangirov və daha bir neçə görkəmli bəstəkarımızın oratoriyalarından sonra Azərbaycan musiqisində çoxdan bəri dünya bəstəkarlığında xüsusi sanbalı ilə seçilən bu janra müraciət edilmirdi. Bu baxımdan O.Rəcəbovun “Heydər oratoriyası” həm qüdrətli millət və dövlət rəhbərinə həsr edilən irihəcmli əsər, həm də oratoriyanın musiqimizdə yeni gözəl örnəyi kimi diqqəti cəlb edir.
Artıq yeni əsər Azərbaycan Televiziyası və Radiosunun simfonik orkestrinin, xorun və solistlərin ifasında lentə alınıb. Bu günlərdə isə “Heydər oratoriyası”nın klaviri işıq üzü görüb.