Azərbaycanın Malayziyadakı səfirliyi ölkəmizin Cənub-Şərqi Asiya regionunda daha da yaxından tanıdılması məqsədilə tədbirlər həyata keçirir. Bu günlərdə Malayziyanın geniş dinləyici auditoriyası olan TraXX FM radiokanalında Azərbaycan haqqında verilişin yayımlanması səfirliyin bu yöndə gördüyü işlərin müsbət nəticəsidir. Mayın 11-də səfir Tahir Kərimov bu radionun efirində çıxış edib.
   Veriliş tanınmış müğənni Tacir Şahmalıoğlunun ifasında “Bayatı-Şiraz” muğamı ilə başlayıb. Səfir Azərbaycanın keçmişi və bu günü, müstəqilliyimizin bərpası, ölkəmizin məruz qaldığı hərbi təcavüz, Xocalı soyqırımı barədə danışıb, milli mədəniyyətimiz, ölkəmizin turizm potensialı, musiqisi, mətbəxi haqqında məlumat verib.
   Veriliş zamanı dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası, Rəşid Behbudovun ifasında “Badamlı” mahnısı, Müslüm Maqomayevin ifasında “Fiqaronun ariyası” və Vaqif Mustafazadənin ifasında “Bakı gecələri” musiqisi səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar