Mayın 14-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Muzey gecəsi“ beynəlxalq aksiyası ilə bağlı aşıq yaradıcılığına həsr olunmuş tədbir keçirildi. 
   Tədbiri giriş sözü ilə muzeyin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılova açaraq “Muzey gecəsi“ beynəlxalq aksiyası barədə məlumat verdi. Qeyd olundu ki, “Muzey gecəsi” aksiyası ənənəvi olaraq 18 may - Beynəlxalq muzeylər günü ərəfəsində keçirilir. Bu aksiya ilk dəfə 1997-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib. Sonra öz miqyasını genişləndirərək Fransa, Rusiya və digər Avropa ölkələrində qeyd olunmağa başlayıb. Hazırda dünyanın 2000-dən çox muzeyi bu aksiyaya qoşulub. Aksiyanın keçirilməsində başlıca məqsəd müasir tamaşaçıları muzeylərin imkan və resursları ilə yaxından tanış etməkdir. Eyni zamanda gəncləri muzeylərə cəlb etmək və onlarda muzey işinə maraq yaratmaqdır.
   Sonra Azərbaycan Aşıqlar Birliyinin nümayəndəsi, yazıçı-publisist Musa Nəbioğlu çıxış edərək aşıq sənətindən, onun teatr sənəti ilə bağlılığından danışdı.
   Tədbirdə Aşıqlar Birliyinin üzvləri İlham Aslanbəyli, Elçin Xaliqoğlu, Azər Fərmayıloğlu, Kamil Nəcəfzadə və Qaradağdan gələn İran aşıqları Rza Rzayi, Ümid Cabbari, Yunis Şahbazi və başqaları saz havaları ifa etdilər.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar