Eldar və Nigarın ifasını “Youtube” saytında 2 milyona yaxın insan izləyib
   
   Azərbaycanı “Eurovision-2011”-də uğurla təmsil edərək Vətənə qələbə ilə qayıdan Eldar Qasımov və Nigar Camalın müsabiqədə ifa etdikləri “Running Scared” mahnısı Avropada hitə çevrilir. Mahnı artıq Böyük Britaniyada “Top-40”, İrlandiyada “Top-30”-da yer alıb. Norveç və Avstriyada isə qalib mahnımız artıq ən populyar hitlərdən ibarət onluqdadır. Mahnı Almaniyada “Top-10”-da 5-ci, Yunanıstan, İsveç və İsveçrədə 2-ci, Lüksemburqda isə 1-cidir.
   Azərbaycana qalibiyyət gətirən Eldar Qasımov və Nigar Camalın müsabiqənin finalındakı çıxışı videoportallarda da rekord sayda izlənilib. “Eurovision” Avropanın mahnı müsabiqəsi olsa da, “YouTube” saytının statistikası göstərir ki, Eldar və Nigarın videosu Asiya, Şimali Amerika və Avstraliyada da populyardır.
   Müsabiqənin “Youtube”dəkı səhifəsində Azərbaycan təmsilçilərinin videosu mayın 14-də yerləşdirilib və bu günədək 2 milyona yaxın insan onu izləyib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar