Mayın 20-də Dövlət Filarmoniyasında Xırdalan Şəhər Uşaq Musiqi Məktəbi xalq çalğı alətləri orkestrinin konserti keçirildi. Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan konsertdən əvvəl çıxış edən məktəbin direktoru İkram Manafov son illər mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti nəticəsində yeni-yeni nailiyyətlər əldə olunduğunu, milli musiqimizin, mədəniyyətimizin beynəlxalq səviyyədə uğurla təbliğ olunduğunu bildirdi. Xırdalan Şəhər Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında bir neçə maraqlı konsert proqramlarının təşkil olunduğunu vurğulayan direktor məktəbin xalq çalğı alətləri orkestrinin konsertinin də iştirakçılarda maraq yaradacağına inandığını dedi.
   Sonra konsert proqramı təqdim olundu. Bədii rəhbər və dirijoru İkram Manafov olan konsertdə Qara Qarayevin “Marş”, Səid Rüstəmovun “Qurban adına”, “Alagöz”, Hacı Xanməmmədovun “Aldatmayaq bir-birimizi”, Emin Sabitoğlunun “Azərbaycan” mahnıları, “Heyratı” ritmik muğamı, “Azərbaycan ritmləri” təqdim olundu. Məktəbli solistlərdən Sənan Babazadə, Ülviyyə Həbibova, Rəşid Saidov, Sədəf Budaqova, Fəxrim İsmayılov, Dəmir Dəmirov, Vəli Vəlizadə, Nicat Ağayev, Valeh Vəlizadə, Zahid Dostiyev, Asif Məmmədlinin çıxışları iştirakçılar tərəfindən dəfələrlə alqışlarla qarşılandı.
   
   Ceyhun






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar