Londonun nüfuzlu Cadogan Hall konsert zalında keçirilən “Amerika klassikləri” adlı konsertdə Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin ifasında musiqi əsərləri səsləndirilib. Konsertdə tamaşaçılar Fərhad Bədəlbəylinin ifasında Gerşvinin fortepiano və orkestr üçün musiqi əsərlərini, eləcə də özünün bəstələdəyi “Dəniz” əsərini dinləyiblər. Həmvətənəmizin ifası auditoriya tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
   Azərbaycanın Londondakı səfirliyindən verilən məlumatda bildirilir ki, konsertdə Böyük Britaniyanın tanınmış mədəniyyət və ictimai xadimləri, diplomatik korpusun nümayəndələri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
   Konsertin videoyazısı bir il müddətində Cadogan Hall konsert zalının internet səhifəsində saxlanılacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar