İyunun 3-də Mərakeş Krallığında “Dünya hikmətləri” mövzusunda beynəlxalq muğam (ruhi) festivalı işə başlayıb. Azərbaycanın Mərakeş Krallığındakı səfirliyindən bildiriblər ki, mərasimdə Fransa, İtaliya, Əfqanıstan, Hindistan, İndoneziya, Paraqvay, Seneqal və digər ölkələrdən incəsənət xadimləri iştirak edib.
   Festivalın açılışında Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov da iştirak edib.
   Tədbir çərçivəsində dünya poeziyasının dahi simalarından olan Nizami Gəncəvi, Əbdürrəhman Cami və Cəlaləddin Ruminin əsərlərinin motivləri əsasında “Leyli və Məcnun” adlı konsert proqramı hazırlanıb. Konsertdə Azərbaycanın Əməkdar artisti Elşən Mənsurov kamançada xalqımızın zəngin musiqi xəzinəsindən parçalar ifa edib. Festival iyunun 12-də başa çatacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar