İyunun 1-dən 5-dək İtaliyanın Bari şəhərində (Gioia Del Colle şəhərciyi) “Pyetro Arcento” adına 14-cü beynəlxalq ifaçılar müsabiqəsi keçirilib. “Gioachino Rossini” adına teatrda keçirilən müsabiqədə iştirak edən Bakı Musiqi Akademiyasının məzunu, pianoçu Nərgiz Həsənova müvəffəqiyyətlə çıxış edərək 3-cü yeri qazanıb. Müsabiqədə İtaliya, Fransa, ABŞ, Almaniya, Kanada, Rusiya, Ukrayna, Türkiyə və s. ölkələrdən ifaçılar iştirak ediblər.
   Münsiflər heyətində A.Volkova, Çin Vu Park, S.Qramalya, B.Speranza, C.Valente və M.Matareze kimi tanınmış musiqiçilər yer alıb. Münsif A.Volkova azərbaycanlı pianoçu N.Həsənovanın ifasını yüksək qiymətləndirib. Gənc və istedadlı pianoçunun ifasında İ.S.Baxın “Prelyudiya” və “Fuqası”, Bethovenin “5 nömrəli sonatası”, Şumanın “Fantaziya”sı, Vaqif Mustafazadənin “Mart”-ı, S.V.Raxmaninovun “Etüd Rəsmi” səslənib.
   Nərgiz Həsənovanın müəllimi, İsveçrədə virtuoz pianoçular arasında müsabiqənin qalibi Elnarə Kəbirlinskayanın sözlərinə görə, o, 1-ci kursdan istedadı ilə fərqlənən tələbələrdən olub: “İstedad, məsuliyyət, həvəs və öz peşəsinə sadiqlik müsabiqədə Nərgizə müvəffəqiyyət qazandırdı”.
   Nərgiz Həsənova dəfələrlə solo konsertlərlə çıxış edib. İtaliyadakı qələbəsi isə onun beynəlxalq müsabiqədə ilk müvəffəqiyyətidir.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar