Azərbaycanın tanınmış caz ifaçısı, “Zirvə” milli mükafatının laureatı, “Montreux” Beynəlxalq caz festivalının qalibi, adı Azərbaycanın istedadlı gənclərinin “Qızıl kitab”ına salınmış İsfar Sarabski dünyanın məşhur Berklee College of Music Akademiyasına qəbul olunub. Bu universitet Amerikanın musiqi sahəsində ən yüksək ali təhsil ocaqlarından biri hesab olunur. Akademiya 1945-ci ildə Bostonda təsis olunub.