Son aylar Böyük Britaniyada "Wonder" albomunun tanıtımını uğurla həyata keçirən azərbaycanlı ifaçı Emin Ağalarov Londonda konsert verəcək. Müğənninin internet saytında yer alan məlumata görə, London konserti iyulun 21-nə nəzərdə tutulub. Müğənni Londonun Under the Bridge klubunda səhnəyə çıxacaq.
   Qeyd edək ki, Emin Ağalarov iyulun 7-də Bakıda, Yaşıl Teatrda konsert proqramı ilə çıxış edəcək. Konsertdən əldə ediləcək vəsait xeyriyyə məqsədilə sərf ediləcək.