İyulun 1-dən 8-dək Türkiyədə TÜRKSOY-un təşkilatçılığı ilə “Silifke Musiqi Həftəsi” çərçivəsində 38-ci Beynəlxalq Türkdilli Ölkələrin Pop və Xalq Musiqisi İfaçılarının Festivalı keçiriləcək. 1974-cü ildən keçirilən Türkdilli Ölkələrin Pop və Xalq Musiqisi İfaçılarının Festivalına bu il 25-dən yuxarı ölkənin, o cümlədən Azərbaycan, Rusiya, Yunanıstan, Makedoniya, İtaliya, Rumıniya kimi ölkələrin iştirakçıları qatılacaq. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən məlumata görə, festivalda Türkiyənin tanınmış müğənniləri Gülbən Ergen, Gökhan Özen, Zara, Murat Dalkılıç, Haktan və Hadisə iştirak edəcəklər.
Festivalda Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi “Bakı gecələri” estrada mahnı festivalının qalibi və laureatları Cəlal Abbasov, Günel Ələkbərova və Nurlan Əzizbəyli təmsil edəcəklər.