İyunun 25-26-da Türkiyədə IX Beynəlxalq Ankara xalq aşıqları bayramı keçiriləcək. TÜRKSOY tərəfindən keçiriləcək bayramda bütün türk dünyasından xalq aşıqları və ozanlar Ankarada bir araya gələcəklər. Tədbirdə Azərbaycanı Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Aşıq Solmaz Kosayeva təmsil edəcək.