Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun nəvəsi - səhnə təxəllüsü “Nezrine” olan Nəzrin Əfəndiyevanın Bakı Caz Mərkəzində konserti olacaq.
   Mahir piano və vokal ifaçısının konserti iyulun 19-da keçiriləcək. Konsert “Culture Helpline” layihəsi çərçivəsində, Belçikanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və “Buta Arts Centre”in dəstəyi ilə təşkil olunacaq.
   Qeyd edək ki, Nəzrin Əfəndiyeva Brüssel Kral Konservatoriyasının məzunudur. 2003-cü ildə İspaniyada Pianoçuların Beynəlxalq müsabiqəsinin qalibi olub.