Azərbaycanlı bəstəkar İsa Məlikovun “Power: Positive” mahnısı Çernoqoriyada keçirilən "Suncane Skale" beynəlxalq musiqi festivalında səslənib. Mahnı amerikalı ifaçı Glenys Vargas və britaniyalı reper Kevin Ettienin ifasında təqdim olunub. Mahnıda Azərbaycanın milli elementlərindən, saz, nağara və digər musiqi alətlərindən istifadə olunub. Glenys Vargas 2010-cu ildə albaniyalı ifaçı Juliana Pashanın bek-vokalı kimi çıxış edib.
   İsa Məlikovun musiqisinin ifaçılarını makedoniyalı rəqqaslar Jana Andrejeviç, Martina Srbinoska, İvan Angelovski, Dardan Selmani, Ljupcho Atanasov və Marko Pesic müşayiət ediblər. Qeyd edək ki, bu rəqqaslar “Eurovision” səhnəsində də çıxış ediblər.