İyulun 13-də Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında geniş konsert proqramı ilə çıxış edəcək. Bədii rəhbər və baş dirijor Xalq artisti Teymur Göyçayevin idarə edəcəyi orkestrin ifasında Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səslənəcək.