“Natiq ritm” qrupu Cənubi Koreyada keçirilən festivalda Qran-pri qazanıb
Azərbaycanın Əməkdar artisti Natiq Şirinovun rəhbərliyi etdiyi “Natiq ritm” qrupu daha bir uğura imza atıb. Cənubi Koreyanın Geum San şəhərində zərb alətləri üzrə keçirilən “World Percussion Performance Art” festival-yarışında iştirak edən qrup 54 ölkə arasında ən gözəl nəticə göstərərək Qran-pri mükafatına layiq görülüb. Oktyabrın 14-də başlanan yarışma artıq sona çatıb, festival isə oktyabrın 22-dək davam edəcək. “Natiq ritm” qrupu festival çərçivəsində ustad dərsləri verəcək, konsert proqramı ilə çıxış edəcək, habelə festivalın təntənəli bağlanış mərasimində ayrıca musiqi nömrəsi təqdim edəcək.