Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar Qazax rayonunda yerləşən “N” saylı hərbi hissədə tədbir keçirilib. Tədbirdə rayon mədəniyyət evinin kollektivi və “Göyəzən” instrumental ansamblı, 2 saylı Uşaq Musiqi Məktəbinin gənc aşıqları əsgərlər qarşısında geniş konsert proqramı ilə çıxış ediblər.
   Rayon Mədəniyyət evinin direktoru Zahidə Həsənova əsgərlər qarşısında çıxış edərək Azərbaycan müstəqillik tarixindən bəhs edib.
   Mərasimdə əsgərlərimiz də öz ürək sözlərini söyləyib, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün hər an döyüşməyə hazır olduqlarını bildiriblər.