Oktyabrın 27-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüş gənc musiqiçilərin konserti keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsert Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuşdu.
   Konsertdə Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Şəms Ağazadə (skripka), İsrafil Rəsulov (truba), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Nərmin Nəcəfli (fortepiano) və Rüstəm Zeynalov (fortepiano) çıxış etdilər. Proqrama Ferens List, Frederik Şopen və digər məşhur bəstəkarların əsərləri daxil idi.
   Konsertin tamaşaçıları arasında Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda iştirak etmək üçün Bakıya gələn qonaqlar da vardı.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar