Bu günlərdə Danimarkanın paytaxtı Kopenhagen şəhərində təşkil edilmiş beynəlxalq etnik musiqi sərgisində (World Music Expo - Womex) Azərbaycan musiqiçiləri ilk dəfə iştirak ediblər. Bu mötəbər tədbirdə iştirak etmək üçün ayrı-ayrı ölkələrdən ümumilikdə 750 ərizə verilsə də, onlardan yalnız 30-u qəbul olunub. Sərgiyə Azərbaycanla yanaşı, Britaniya, Rusiya, Argentina, Türkiyə, Yaponiya, Fransa, İran, İspaniya, Braziliya, Latviya və digər ölkələrin təmsilçiləri qatılıblar.
   Beynəlxalq etnik musiqi sərgisində Azərbaycanı Xalq artisti Mənsum İbrahimov və “Qarabağ” muğam qrupunun digər üzvləri - əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Nizami Allahverdiyev (balaban) və nağara ifaçısı Kamran Kərimov təmsil ediblər.
   Sərgidə musiqiçilərimizə çıxış etmək üçün 45 dəqiqə vaxt ayrılıb. Təmsilçilərimizin çıxışı böyük rəğbətlə qarşılanıb. Azərbaycan incəsənət ustalarının CD diski musiqimizlə çox yaxından maraqlanan Kopenhagen Universitetinin kitabxanasına hədiyyə olunub. Sərginin konsert müdiri Aleksander Valter Azərbaycan təmsilçilərinin çıxışına yüksək qiymət verib. 
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar