Noyabrın 18-də məşhur azərbaycanlı pianoçu Renara Axundova Londonun Müqəddəs Ceyms kilsəsində solo-konsert verəcək. Bu barədə məlumat verən pianoçu bildirib ki, konsertdə özünün “Sən və mən”, “İncəsənət qüdrətdir”, “Hədiyyə”, “Ustadla görüş” əsərlərini, eləcə də klassik və müasir Avropa bəstəkarlarının əsərlərindən ibarət kompozisiyaları təqdim edəcək.
   Qeyd edək ki, R.Axundova bundan əvvəl Belçika, Fransa, İsveçrə, İtaliya, Estoniya və Rusiyada geniş konsert proqramları ilə çıxış edib. Sənətçi altıncı diski üzərində hazırlıq işləri də aparır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar