Azərbaycanlı musiqiçilər Nərmin Nəcəfli və Rüstəm Zeynalov noyabrın 9-dan 26-dək Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək “Piano Music” festivalında çıxış edəcəklər. Litvanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, festival çərçivəsində Litva Milli Filarmoniyasının əsas tamaşaçı zalında 9 tədbir keçiriləcək və bu konsertlərdə Litva, Latviya, Argentina, Macarıstan, Yaponiyadan olan tanınmış piano virtuozları öz məharətlərini nümayiş etdirəcəklər. Bu il festival məşhur macar musiqiçisi Ferents Listin 200 illik yubileyinə həsr olunub.
   Qeyd edək ki, N. Nəcəfli və R. Zeynalov Bülbül adına Musiqi Məktəbinin tələbələrdir.