Noyabrın 7-də Şövkət Ələkbərova adına 20 saylı uşaq musiqi məktəbi Qurban bayramı münasibətilə Suraxanı rayonu 2 saylı uşaq evində xeyriyyə konserti təşkil edib. Məktəbin direktoru Sevda Məmmədova, tədris işləri üzrə müavin İradə İbrahimova və məktəbin kollektivi uşaqlara bayram süfrəsi açaraq, sovqatlar təqdim ediblər.
   Bayram şənliyində məktəbin müəllimlərindən Səlim Nəsirli, Rüstəm Rüstəmov, Məlahət Hüseynova, Sevda Ələsgərova, Anar Yusubov, Arzu Hüseynova, Zəfər Hüseynov, Elçin Rəcəbov, Aytən Manafova, Lalə Qurbanova iştirak edib. Tədbirdə məktəbin müəllim və şagird heyəti tərəfindən “Sarı gəlin”, “Şuşanın dağları”, “Şur təsnifi”, “Bir xumar baxışla”, “Dinmək istədim” mahnıları, sazda “Ruhani”, “Gözəlləmə” havaları səslənib.
   
   Reyhan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar