Dmitri Şostakoviç Beynəlxalq Assosiasiyasının təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Azərbaycana səyahət” devizi altında silsilə tədbirlər keçirilməkdədir.
   
   Noyabrın 19-da keçirilən tədbir “Azərbaycanın gündəlik musiqisində müasirlik və ənənələr” mövzusuna həsr olunub. Tədbirin aparıcısı, Fransa konservatoriyasında dərs deyən həmyerlimiz Səidə Zülfüqarova Azərbaycan musiqisinin tarixi, ənənələr, müasir tendensiyalar barədə ətraflı məlumat verib, görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin, Cövdət Hacıyevin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Musa Mirzəyevin, İsmayıl Hacıbəyovun və Fərəc Qarayevin piano üçün əsərlərini ifa edib. Tədbirin ikinci hissəsində S.Zülfüqarova pianoda, fransız musiqiçilərindən Martial Budran (skripka) və Pyer Avedikin (violonçel) müşayiəti ilə bəstəkar Oqtay Zülfüqarovun triosunu səsləndiriblər. Onların çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
   Tədbirlə bağlı təşkil edilmiş sərgidə Azərbaycan bəstəkarlarının həyat və yaradıcılığından, dahi bəstəkarımız Qara Qarayevin müəllimi Dmitri Şostakoviçlə dostluğundan bəhs edən fotolar, Azərbaycan incəsənətinə dair müxtəlif dillərdə broşürlər və s. nümayiş etdirilib.
   Noyabrın 20-də növbəti tədbir “Qara Qarayev və müəllimi Dmitri Şostakoviç” adı altında keçirilib. Aparıcı Səidə Zülfüqarova görkəmli bəstəkarımız Qara Qarayevin həyat və yaradıcılığı, müəllimi Dmitri Şostakoviçlə əbədi dostluğu, incəsənət sahəsinə bağlılığından söhbət açıb, Q.Qarayevin 24 müqəddimədən ibarət əsərini ifa edib.
   D.Şostakoviçin həyat yoldaşı İrina Şostakoviç maraqlı tədbirə və həyat yoldaşının onun vətənindən uzaqlarda anıldığına görə təşəkkürünü bildirib.
   Noyabrın 23-də keçiriləcək növbəti tədbirdə Qara Qarayev və Dmitri Şostakoviçlə yanaşı, Firəngiz Əlizadənin də əsərləri ifa olunacaq. 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar