Noyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində latviyalı caz ifaçısı İntars Busulis çıxış edəcək. Konsert Azərbaycanda keçirilən “Latviya günləri” çərçivəsində reallaşacaq.
   İntars Busulis müğənni, musiqiçi və trombon ifaçısı, “Novaya volna -2005” müsabiqəsinin laureatıdır. O, 2009-cu ildə Latviyanı Moskvada keçirilən “Eurovision” müsabiqəsində təmsil edib.