Azərbaycan Dövlət Musiqili Komediya Teatrı gənc və istedadlı kadrların teatra cəlb edilməsinə xüsusi diqqət yetirir. Teatr bu dəfə istedadlı tenor Cavid Hüseyni kollektivə dəvət edib. Teatrdan bildiriblər ki, Musiqili Komediya Teatrında fəaliyyətə başlayan Cavid Hüseyn artıq Xalq artisti, bəstəkar Ramiz Mirişlinin “Qısqanc ürəklər” və SSRİ Xalq artisti, bəstəkar Rauf Hacıyevin “Talelər qovuşanda” tamaşalarında rol alıb. Qeyd edək ki, C.Hüseyn müxtəlif ölkələrdə solo konsertlər verərək Azərbaycan mədəniyyətini uğurla təmsil edib.