UNESCO-nun baş direktoru xanım İrina Bokovanın himayədarlığı, Fransa və Azərbaycanın qurum yanındakı daimi nümayəndəliklərinin təşəbbüsü və təşkilatçılığı ilə dekabrın 2-də təşkilatın Parisdəki mənzil iqamətgahında “Qoy, musiqi olsun!” devizi altında konsert təşkil olunacaq.
   3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunan konsertdə azərbaycanlı uşaq və gənclərdən ibarət “Dəcəllər” qrupu Fransanın “ Terenqa” qrupu ilə birlikdə konsert proqramı ilə çıxış edəcəkdir. Konsertdə musiqi nömrələri səslənəcək və rəqslər ifa olunacaqdır.
   Konsertdən əvvəl gənc əlillərin rəsm əsərlərindən və əl işlərindən ibarət “Rəngli füsunkar dünya” adlı sərgi nümayiş etdiriləcək.