Ankaradakı Bilkənd Universitetində görkəmli musiqiçi, məşhur skripkaçı Sərvər Qəniyevin xatirəsinə həsr edilmiş gecə keçirilib.
Tədbirdən əvvəl ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyədə yaşayan bir qrup azərbaycanlı Bilkənd Universitetində yaradılan və “Professor Sərvər Qəniyev” adını daşıyan sinif otağı ilə tanış olublar.
Burada nümayiş olunan fotoşəkillər, afişa və mükafatlar ustad sənətkarın şərəfli ömür yolu və zəngin yaradıcılığının bir hissəsini əks etdirir.
Bilkənd Universitetinin konsert salonunda təşkil edilən xatirə gecəsində xarici ölkələrin səfirləri, türkiyəli və azərbaycanlı ziyalılar, mərhum sənətçi ilə uzun illər boyu çiyin-çiyinə çalışmış musiqiçilər, yerli sənətsevərlər iştirak edirdilər.
Tədbirdə çıxış edən səfir Faiq Bağırov qeyd etdi ki, müxtəlif illərdə Rusiya, Misir və Türkiyədə yaşayıb-yaradan, bir çox ölkənin nüfuzlu səhnələrində çıxış edən Sərvər Qəniyev Azərbaycan mədəniyyətini dünya miqyasında uğurla təmsil edib.
Xalq artisti, tanınmış pianoçu Zöhrab Adıgözəlov, Xalq artisti, dirijor Rauf Abdullayev, Rusiya Federasiyasının Türkiyədəki səfiri Vladimir İvanovski sənətkarla bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, Sərvər Qəniyev Azərbaycanda doğulub, boya-başa çatsa da, həm Rusiya, həm Türkiyə onu Azərbaycan qədər öz övladı hesab edir, onun sənət irsi bundan sonra da yaşayacaq.
Gecədə Sərvər Qəniyevin uzun illər solisti olduğu Bilkənd Beynəlxalq Akademik Böyük Simfonik Orkestri Xalq artisti, görkəmli dirijor Rauf Abdullayevin rəhbərliyi altında Qara Qarayev, İlya Çaykovski, Cüzeppe Tartini və digər dünya musiqi klassiklərinin əsərlərini səsləndirib. Konsert alqışlarla qarşılanıb. Görkəmli sənətkarın nəvələri Elvin Xoca Qəniyev və Ceyla Qəniyeva, eləcə də oğlu Toğrul Qəniyevin mahir ifaları böyük ustadın sənətinin etibarlı əllərdə olduğunu bir daha nümayiş etdirib. Konsert proqramı sübut etdi ki, görkəmli incəsənət xadiminin yeni nəsil davamçıları hələ uzun illər dünyanın ən mötəbər səhnələrində Azərbaycan mədəniyyətini layiqincə təmsil edəcəklər.